Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.
Məsələ ətrafında İdarə Heyətinin üzvləri çıxış ediblər.
Sonra rayon təşkilatlarının sədrlərinin təyin olunması ilə bağlı qərar qəbul edilib.
Qərara əsasən, YAP-ın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təsdiqlənib.