11:55
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
İclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Bundan başqa Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib.
Eyni zamanda, iclasda Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi məsələsi də səsə qoyularaq qəbul edilib.
***
11:17
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası başlayıb.
İclasın gündəliyində 4 məsələ yer alır.