11:30
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.
İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
***
09:39
Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçiriləcək.
İclasda hakim partiyanın növbədənkənar parlament seçkilərində namizədləri müəyyən ediləcək.
Partiya üzvləri artıq partiyanın qərargahına toplanır.
İclasın bir azdan başlayacağı gözlənilir.