Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədr müavinləri postlarına namizədlər müəyyənləşib.
Sahibə Qafarovanın YAP-ın Milli Məclisin sədri, Musa Qasımlının və Rafael Huseynovun isə sədr müavinləri postuna namizədlikləri dəstəklənib.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.