31 C
Baku
Sunday, June 16, 2024

“Yapı Kredi Azərbaycan” 2023-cü ilin ilk üç rübündə 10 milyon manat xalis mənfəət əldə etdi

“Yapı Kredi Azərbaycan” ASC 2023-cü ilin ilk üç rübü ərzində 10.09 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.

Bankın faiz gəlirləri illik müqayisədə 8.77 milyon manat və ya 47% artaraq 27.3 milyon manata yüksəlib.

Bankın faiz xərcləri 1.71 milyon manat, qeyri-faiz gəlirləri 16.31 milyon manat və qeyri-faiz xərcləri 27.53 milyon manat olub.

Beləliklə, 2023-cü ilin ilk üç rübündə 13.06 milyon manat mənfəət əldə edib və 2.96 milyon manat mənfəət vergisi ödəmiş olub.

Bu xalis mənfəətdən sonra 1 oktyabr 2023-cü il tarixinə Bankın balans kapitalındakı bölüşdürülməmiş mənfəət 35.29 milyon manata yüksəlib.

“Yapı Kredi Bank Azərbaycan”ın aktivlərinin həcmi ili əvvəli ilə müqayisədə 4.4% azalaraq 460.6 milyon manata düşüb. Buna səbəb nağd vəsaitlər və qiymətli kağızlar üzrə portfelin azalmasıdır. Bankın kredit portfeli ilin əvvəlindən 8.6% artaraq 257.26 milyon manata yüksəlib.

11111

Son xəbərlər
 ⁠
Digər xəbərlər