“Yapı Kredi Azərbaycan” depozit faizlərini endirib

“Yapı Kredi Bank Azərbaycan” QSC Azərbaycan Mərkəzi Bankının 13 dekabr 2019-cu il tarixli faiz dəhlizi qərarına ilk qərar verən banklardan biri olub.

Banker.az bildirir ki, törəmə kommersiya bankı, 0,50 və 1,00% əksər depozitlərin illik faiz dərəcələrini endirməli olub.

Məsələn, “Yapi Kredi Bank Azərbaycan”nın Yığım və Standard Qazanc əmanəti 5%-dən 4,5%-ə, Dövri Qazanc əmanəti isə 5%-dən 4%-ə qədər endirilməli olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9.25% və 5.75%).


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları