“Yapı Kredi Azərbaycan” II rüb başlarkən əmanət faizlərini qaldırıb

Yapı Kredi (Azərbaycan)/ FOTO: Banker.az

“Yapı Kredi Azərbaycan” QSC depozitlərindən üçünün illik faizini qaldırıb.

Banker.az xəbər verir ki, bu artım Dövrü Qazanc Əmanətinin manat valyutasında cəlb olunan depozitlərə aiddir.

Bank bu əmanətinin illik faiz dərəcəsini 4%-dən, 5,75%-ə qədər yüksəldilib.

Bu əmanətlər hazırda 36 ay müddətinə qədər qəbul edilməklə 1 000 – 100 000 manat aralığında cəlb edilir.

Digər bir dəyişiklik isə Standard Qazanc Əmanətidir. Bu əmanətin faiz dərəcəsi manatda illik olaraq  5%-dən 6,50%-ə qədər qaldırıb. Yığım əmanətinin faizi 4,50%-dən 6,50%-ə qədər yüksəldilib.