25 C
Baku
Saturday, July 27, 2024

“Yapi Kredi Azərbaycan” kapitalı böyüdü

“YapiKredi Azərbaycan” cari ilin 3-cü rübündə də mənfəətlə tamamlamağı bacarıb.

Banker.az bu barədə bankın açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir.

Hesabata görə, Bank 2017-ci ilin 3-cü rübünü 6 milyon 251 min manat mənfəətlə bitirib.

Bankın kredit portfeli hal-hazırda 169,5 mln. manata yaxındır ki, bunun da, cəmi 30%-i problemli kredit sayılır. Verilmiş kreditlər üzrə ehtiyyatı 56,9 mln. manata qədər artıb.

Bankın depozit portfelinin həcmi il ərzində 34.47 faiz artıb. Belə ki, Bankın depozit portfeli ötən ilin 3-cü rübü 224,6 mln. manat olduğu halda cari ilin 3-cü rübü artaraq 302 mln. manata yüksəlib.

Bankın cəmi kapitalında da qənaətbaxış göstəricilər var. Ötən rüblə müqayisədə 3,45% artaraq 60,48 mln. manat olub. Lakin, “YapiKredi Azərbaycan”ın aktivləri 1 il ərzində 3,77% kiçilib. Belə ki, ötən ilin 3-cü rübü 419,6 mln manat olduğu halda bu ilin analoji dövründə 403,8 mln. manata enib.  Azərbaycan Mərkəzi Bankında müxbir hesabının cəmi 27,8 mln manatdır.

Xatırladaq ki, “Yapi Krdi” ilin ilk rübündə Mərkəzi Banka qarşı olan 20 mln. manat öhtəliyini ödəmişdi.

 

Son xəbərlər
Digər xəbərlər