6 C
Baku
Wednesday, January 15, 2025

“Yapı Kredi Azərbaycan” 2024-cü ildə 12.4 mln. manat xalis mənfəət əldə edib

“Yapı Kredi Azərbaycan” ASC 2024-cü ili 72.07 mln. manat cəmi gəlirə qarşı 12.38 mln. manat xalis mənfəət əldə edib.

Banker.az şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, keçən il ərzində Türkiyə kapitallı bank 46.44 milyon manat faiz gəliri əldə edib. Faiz gəlirləri illik müqayisədə 30 faiz artıb.

Bank faiz xərclərinə hesabat müddətində 6.61 mln. manat (illik müqayisə: 2.7 dəfə artım), qeyri-faiz gəlirləri 25.63 mln. manat (+11 faiz) və qeyri-faiz xərcləri 45.68 mln. manat (+13 faiz) olub.

Beləliklə, “Yapı Kredi Azərbaycan”ın bütün gəlirləri və xərcləri xərcindən sonra 12.37 milyon manat xalis mənfəəti qalıb. Xalis mənfəət öncəki ildə 12 mln. manat olmuşdu.

Bununla da, 1 yanvar 2025-ci il tarixinə bankın balansında 49.56 milyon manat bölüşdürülməmiş mənfəət var.

Bankın cəmi aktivləri illik müqayisədə 42 faiz artımla 730.36 milyon manata, öhdəlikləri isə 69 faiz artımla 620.42 milyon manata, cəmi kapitalı isə 12 faiz artımla 109.95 mln. manata qədər yüksəlib.

32323444444

Son xəbərlər
Digər xəbərlər