8 C
Baku
Wednesday, November 6, 2024

“Yapı Kredi Azərbaycan” ilə xalis mənfəətlə başladı

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı “Yapı Kredi Azərbaycan” QSC ilin ilk rübündə mənfəətlə işlədiyi məlum olub.

Banker.az bu barədə Bankın 2018-ci ilin ilk rübünə açıqladığı hesabata istinadən xəbər verir.

Hesabata görə, ilin yanvar-mart ayı ərzində faiz gəlirləri 8 milyon 455 min manat təşkil edib ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 5% artım deməkdir.  Bankın qeyri-faiz gəlirləri isə 4 milyon 71 min manat olub, bu isə ötən illə müqayisədə iki dəfə azalması deməkdir.

“Yapı Kredi Azərbaycan”nın faiz xərcləri iki azalmaqla 1 milyon 526 min manat təşkil edib. Bankın ümümi xərcləri 9 milyon 46 min manat təşkil edib. Bank yerdə qalan əməliyyat mənfəəti böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırsa belə yerdə qalan pulla mənfəət əldə edə bilib. Belə ki, Bank ötən ilin 3 ayının sonu 660 xalis mənfəət əldə edib.

Hazırda bankın aktivlərin 144 milyon 242 manat kredit portfeli təşkil etməklə ümümilikdə 411 milyon 90 min manatdır. Bankın cəmi öhdəlikləri 337 milyon 636 min manat, cəmi kapitalı isə 73 milyon 454 min manatdlr.

Qeyd edək ki, “Yapi Kredi Azərbaycan”nın nizamnamə kapitalı 55 381 min manatdır. Kapitalda pay sahibləri Türkiyə Respublikasının Maliyyə Sektorunda fəaliyyət göstərən – “YapıKredi Bank” AŞ (99.8%), “Yapı ve Kredi Yatırım Menkul Değerler” A.Ş  (0.1% ) və “Yapı Kredi Finansal Kıralama” A.O. (0.1%) özəl qurumlarıdır.

Son xəbərlər
Digər xəbərlər