Türkiyənin “Yapi Kredi” bankının Azərbaycandakı törəməsi “Yapi Kredi Azərbaycan” QSC-nin İdarə Heyyətinə (İH) yeni təyin olunan şəxsin adı bəlli olub.
Banker.az bu barədə Banka yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.
Məlumata görə, Bankın İH-nə Nesimi Gündoğdu-nu təyin ediblər. O, 13 ildən çoxdur ki, “Yapi Kredi”də (Türkiyə) çalışır və Anadolu Universitetini bitirib.
Qeyd edək ki, Banker.az Redaksiyasına o zaman yalnız “Yapı Kredi Azərbaycan”ı tərk edən şəxslər barədə ( Barran Altınel və Özgür Şeşen) barədə məlumat daxil olmuşdu.
Hazırda bankın İH iki azərbaycanlı və iki türkiyəli şəxslərdən ibarətdir.
Xatırladaq ki, “Yapi Kredi Azərbaycan” Azərbaycanın maliyyə bazarına 1998-ci ildən daxil olub, və hazırda 55,38mln. manat nizamnamə kapitalına (səhm kapitalı) məxsusdur. 100% Türkiyə kapitallı olmaqla səhmlərinə , YapıKredi Bank AŞ (99.8%), Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş (0.1%) və Yapı Kredi Finansal Kıralama A.O. (0.1%) adlı hüquqi şəxslər nəzarət edir.