10 C
Baku
Wednesday, December 11, 2024

“Yapı Kredi Azərbaycan”nın qiymətli kağızlar portfelindəki dinamika məlum olub

2019-cu il ərzində “Yapı Kredi Bank Azərbaycan” QSC üçün manatda qiymətli kağızlar almaq bir o qədər də maraqlı olmayıb. Bu barədə Banker.az bankın hesabatına istinadən xəbər verir.

Maliyyə Nazirliyinin 2019-cu ildəki emissiya etdiyi istiqrazlarının ödəniş faizlərinin 1%-ə yaxın artımına rəğmən, “Yapı Kredi Azərbaycan”nın bu portfeli nisbətən kiçildib.

1 yanvar 2020-ci il üzrə investisiya qiymətli kağızlar üzrə cəmi portfeli 36,54 mln. manat təşkil edib, il öncəki göstəricidən 19% daha az olması deməkdir. Qiymətli kağızların, 33,37 mln. manatı Azərbaycan Mərkəzi Bankı tərəfindən emissiya edilən notlar və 2,8 milyon manatı isə Maliyyə Nazirliyinin dövlət orta müddətli istiqrazlar (DOİ) təşkil edib.

Bir il öncə AMB-nin notları üzrə portfeli 34,71 mln. manat, DOİ-lər üzrə isə 10,7 mln. manat təşkil edirdi. Göründüyü kimi dövlət istiqrazları (DOİ) üzrə 4 dəfəyə yaxın azalma baş verib.

“Yapı Kredi Azərbaycan” 2019-cu ildə AMB notlarını üzrə yatırım etdiyi notları 5,76-6,01% (2018: 7,8-8,3%), Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 8,46-8,43% (2018: 7,5-8,8%) aralığında olan ödəniş faizi müqabilində yatırım edib.

Bankın hesabatında o da bildirilir ki, 2019-cu il ərzində 7,46 mln. manatlıq istiqraz satılıb.

Son xəbərlər
Digər xəbərlər