5 C
Baku
Saturday, December 14, 2024

‘Yapı Kredi Azərbaycan’nın rəhbərlərindən biri vəzifəsini tərk edib – yerinə təyinat var

Türkiyənin “Yapı Kredi Bankı”nın Azərbaycandakı törəməsi olan “Yapı Kredi Azərbaycan”nın Müşahidə Şurasının üzvlərindən biri vəzifəsini tərk edib və yerinə yeni təyinat olub.

Banker.az bu barədə məlumatı adıçəkilən banka yaxın mənbəyə istinadən xəbər verir.

Məlumata görə, Patrick Josef Schmitt (Bloomberg bio) ” “Yapı Kredi Azərbaycan”nın Müşahidə Şurasını tərk edib.  P.J.Schmitt digər həmkarı olan Niccolo Ubertalli kimi “Yapı Kredi Bankasın”da Mükafat Komitəsində çalışır. N. Ubertalli hazırda Azərbaycandakı bank törəməsində vəzifəsini MŞ sədr müavini kimi davam etdirməkdədir.

Bankdan Banker.az-a verilən məlumata görə isə Albert Angersbach Müşahidə Şurasına yeni üzv seçilib.

Qeyd edək ki, Bankın sonuncu dəfə MŞ üzvlərinində dəyişiklik ötən ilin yayında baş vermişdi.  Həmin zaman Erhan Adalı Bankın rəhbərliyinə təyinat almışdı. Hazırda MŞ-ni Gökhan Erün, Niccolo Ubertalli, Erhan Adalı və Serkan Ülgen adlış şəxslər təmsil edir.

Oxşar: Yapı Kredi 2018-ci ili 5 milyon manatdan çox mənfəətlə başa vurub

Xatırladaq ki, “Yapı Kredi Azərbaycan”nın nizamnamə kapitalı 55,38 mln. manat olmaqla, kapitalında 99,98%-lıq “Yapı Kredi Banka”sının pay sahibliyi var.

 

Son xəbərlər
Digər xəbərlər