7 C
Baku
Thursday, December 12, 2024

“Yapi Kredi Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub

“Yapi Kredi Azərbaycan” QSC-nin Müşahidə Şurasına (MŞ) yeni təyinat baş tutub.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Yapi Kredi Azərbaycan”nın MŞ-na Gökhan Erün təyin edilib. Bundan əlavə, eyni zamanda, Koç Maliyyə Xidmətlərində İcra Başqanı olan Erün, Yapı Kredi Grubu filiallarının Müşahidə Şuralarında da iştirak etməkdədir.

Hazırda, “Yapi Kredi Azərbaycan”nın MŞ-nın tərkibi
– Gökhan Erün
– Niccolo Ubertalli
– Patrick Josef Schmitt
– Feza Tan
– Serkan Ülgen

Məlumat üçün bildirək ki, “Yapı Kredi Bank”ın baş icraçı direktoru Faik Açıkalın əqaüd yaşına çatması səbəbindən bankla yollarını ayırmışdı və bu ilin yanvarında dəyişikliyin baş tutması gözlənilirdi.

Xatırladaq ki, Gökhan Erün, İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi üzrə bakalavr, Yeditepe Universiteti İşlətmə Bölümü üzrə magistratura məzunudur. 1994-cü ildə kariyerasına Garanti Bank Xəzinə Müdürlüyündə başlamışdır. 1999-2004-cü illərdə Korporativ Marketinq bölməsi müdiri vəzifəsini həyata keçirmişdir. 2004-cü ildə təyin edildiyi Emeklilik ve Hayat Ümumi Müdürlüyü vəzifəsindən sonra sentyabr 2005-ci ildə Garanti Banka Baş Dirktorun Müavini olaraq təyin edilmişdir. 2015-ci ilin Sentyabrından etibarən Garanti Bankı Baş Direktorun Vəkili olaraq kariyerasına davam edən Erün, bu dövrdə Korporativ Bankçılıq Koordinasiyası, Xəzinə, Xəzinə Marketinqi və Maliyyə Həlləri, Törəmə Məhsullar, Nağd vəsaitin idarə edilməsi və Əməliyyat, Maliyyə Təsisatlar sahələrindən məsulluq vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda Garanti Bankının müxtəlif törəmə təşkilatlarında Müşahidə Şuralarında üzv olmuşdur.

Son xəbərlər
Digər xəbərlər