Türkiyə kapitallı bankın xalis mənfəəti 2 dəfədən çox azalıb
“Yapi Kredi Bank Azərbaycan” QSC (haqqında) 2018-ci ilin 9 ayı ərzində 26,03 mln. manat faiz gəliri, 3,79 mln. manat isə faiz xərci olmaqla xalis faiz gəliri 22,24 mln. manata çatıb.
Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin III rübünə olan maliyyə hesabatında deyilir.
Hesabata görə, bankın qeyri-faiz gəliri 12,54 mln. manat, qeyri-faiz xərcləri isə 22,31 mln. manat olub. Beləliklə bank ilin 9 ayı ərzində 12,47 mln. manat əməliyyat mənfəəti edib.
Bank xalis mənfəət üzrə göstəricilərini bu il ötən ilki rəqəmlərə çatdıra bilməyib. Belə ki, əməliyyat mənfəətinin 8,69 mln. manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb və cəmi 2,71 mln. manat xalis mənfəət əldə edə bilib. Ötən ilin müvafiq dövründə bu göstərici 6,25 mln. manat idi.