“Yapı Kredi Bank Azərbaycan” əmanət qəbuluna dair şərtlərdə dəyişiklik edib

Yapı Kredi (Azərbaycan)/ FOTO: Banker.az

“Yapı Kredi Bank Azərbaycan ” QSC milli və xarici valyutada olan əmanətlərinin faiz dərəcələrini 1.5% bəndinə qədər azaldıb.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, Türkiyə kapitallı bank “Yığım əmanəti”nin milli valyutada illik faiz dərəcəsini 6.00%-dən 4.50%-ə və ABŞ dollarında isə 0.50%-dən 0.25%-ə qədər azaldıb.

“Standard qazanc əmanəti”nin illik faiz dərəcəsini manatda 6.50%-dən 5.50%-ə qədər, ABŞ dollarında 0.25%-dən 0.20%-ə və avroda isə 0.10%-dən 0.00%-ə salıb.

Azalma “Dövrü qazanc əmanəti”də də edilir. İllik faiz dərəcəsi milli valyutada 5.75%-dən 4.75%-ə qədər, ABŞ valyutasında 0.25%-dən 0.15%-ə qədər azaldılmışdır.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan”ının faiz dərəcələri ilə bağlı addımının bənzərini artıq bir neçə bank da həyata keçirib. Buna səbəb Azərbaycan Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı 19 sentyabrdakı 6.75%-dən 6.50%-ə qədər azalma qərarıdır. AMB-nin İdarə Heyəti oktyabrın son iş günü olan görüşündə isə faiz dəhlizinin parametirlərinə toxunmamışdı, sabit saxlamışdı.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.