13 C
Baku
Sunday, November 27, 2022

“Yapı Kredi Bank Azərbaycan” daha iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu

®Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək məqsədi ilə “Yapı Kredi Bank Azərbaycan” cari ilin oktyabr ayının 26-da Sumqayıt şəhərində və Abşeron rayonunda öz dərzi atelyesini qurması üçün  iki xanıma lazım olan avadanlıqları təqdim etmişdir.

Hər iki xanımın, həm Həmidə İmanova, həm də Tünzalə Mirzəyevanın özlərinə məxsus atelye qurmaq arzuları olmuşdur. Kiçik sahibkar olaraq fərdi dərzi atelyesinin yaradılması üçün bank tərəfindən onlarla danışıqlar aparılmış və təqdim etdikləri plan əsasında  bütün lazımi avadanlıqlarla təchiz edilərək kiçik bizneslərini qurmağa imkan yaradılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının koordinasiyası ilə icra edilən bu korporativ sosial məsuliyyət proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu proqramın əsas məqsədi həmin ailələri kiçik biznes qurmaq, və ya  mövcud biznesi genişləndirmək üçün tələb olunan texniki təchizatla təmin etməkdən ibarətdir. “Yapı Kredi Bank Azərbaycan” təməl dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Son xəbərlər
Digər xəbərlər
X