3 C
Baku
Monday, March 4, 2024

“Yapı Kredi Bank Azərbaycan” “eManat” terminalları vasitəsilə hesaba mədaxil xidmətini təqdim edir!

®“Yapı Kredi Bank Azərbaycan” müştərilərin rahatlığını və xidmətləri daha əlçatan edən yeni xidmətini təqdim edib. Artıq bankın fiziki şəxs müştəriləri  “eManat” terminalları vasitəsilə manat hesabını heç bir əlavə komissiya olmadan artıra bilərlər.

Hesabınıza vəsaiti aşağıdakı ardıcıllığı izləyərək mədaxil edə bilərsiniz:

Terminalın ekranından “Bank Xidmətləri ” bölümünü seçin;

Növbəti açılan pəncərədən “Yapı Kredi Bank Azərbaycan”ı seçin;

Növbəti açılan pəncərədə “Hesaba mədaxil” bölümünü seçin;

Sonra hesab  nömrənizi daxil edin və “İrəli” düyməsini basın;

Növbəti açılan pəncərədə FİN kodu daxil edin və “İrəli” düyməsini basın;

Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq edin;

Daha sonra isə mədaxil edəcəyiniz məbləği daxil edin;

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər