26 C
Baku
Saturday, July 27, 2024

“Yapı Kredi Bank Azərbaycan” maliyyə durumu bəlli oldu

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ilin I rübünün sonun aktivləri 365,84 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın cari ilin yanvar-mart ayları üzrə maliyyə hesabatında deyilir. Bununla da bankın aktivlərində 15 faiz azalma müşahidə edilib.

Bankın aktivlərinin 198,87 mln. manatı nağd vəsaitlər, 173,05 mln. manatı müştərilərə verdiyi kredit portfeli və 12,24 mln. manatı banklar və maliyyə institutlarına verdiyi kreditlər təşkil edib.

“Yapı Kredi Azərbaycan”nın portfelinin 45,53 mln. manatı istehlak, 117,75 mln. manatı biznes, 9,76 mln. manatı isə daşınmaz əmlak üzrə verdiyi kreditlər təşkil edib.

Bankın cəmi öhdəlikləri 285,44 mln. manat təşkil edib, bunun 262,94 mln. manatı müştərilərin depozitləridir.

Hesabat dövrünün sonuna Bankın cəmi kapitalı 80,39 mln. manatdır. Bankın hazırda balansında bölüşdürülməmiş mənfəətin həcmi isə 22,93 mln. manatdır.

Kommersiya bankı ilin ilk rübündə faizdən gəlirləri 7,41 mln. manat, faiz xərcləri 0,55 mln. manat, qeyri-faiz gəlirləri 3,28 mln. manat və qeyri-faiz xərcləri 6,50 mln. manat təşkil edib. Bununla da bankın əməliyyat mənfəəti 3,64 mln. manat olub. Lakin, bankın mümkün zərərlər üçün yaradılan 4,05 mln. manatlıq ehtiyatlar hesabına ilin ilk rübünü 0,41 mln. manatlıq zərərlə tamamlamasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər