14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ili mənfəətlə başa vurdu

faizlere

®“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ili 1.4 mln manat mənfəətlə başa vurmuşdur.

Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2019-cu ilin yekunuyla müqayisədə bankın I dərəcəli kapitalı 6.5% artaraq 70.9 mln AZN, məcmu kapitalı 1.4% artaraq 73.8 milyon AZN-ə yüksəlmişdir. 

Bankın 2020-ci il üzrə daha da yaxşılaşan müsbət göstəricilərindən biri ani likvidlik dərəcəsidir. Ötən il bankın ani likvidlik əmsalı 63.33%-ə yüksəlmişdir, halbuki bu göstərici üzrə müəyyən olunmuş requlyativ norma 30% səviyyəsindədir. Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib “Yapı Kredi Bank Azərbaycan” likvidlik üzrə qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir. 

“Yapı Kredi Bank Azərbaycan”ın  2020-ci ildə aktivləri 348.3 mln. manat, kredit portfeli ise 149.4 mln manat olmuşdur.  Kredit portfelində, xüsusilə daşınmaz əmlak kreditlərinin həcmi 2019-cu illə müqayisədə 37% artaraq, 13.5 mln. manata yüksəlmişdir. 

Bankın fiziki şəxslərin tələbli depoziti 50 milyon manat, hüquqi şəxslərin tələbli depozitləri 170 milyon manat təşkil edib. 

Müvafiq dövr ərzində I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 42%-ə, məcmu kapitalın  adekvatlıq  əmsalı artaraq 44%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.

Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) olan “Yapı Kredi Bank Azərbaycan” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Hazırda Azərbaycanda bankçılıq sektorunda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir. 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər