14 C
Baku
Sunday, April 21, 2024

“Yapı Kredi Bank Azərbaycan” QSC 24 yaşını qeyd edir!

®2000-ci ilin yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının lisenziyası ilə fəaliyyətə başlayan, Yapı Kredi Bank Azərbaycan 24 illik fəaliyyət müddəti boyunca Azərbaycanın bank sektorunda etibarlı bank imici formalaşdırmaqla yanaşı, müştəri məmnuniyyətinin təmin edilməsi  və onların maliyyə təcrübələrini təkmilləşdirməkdə daima yeniliklərə və iradəli addımlara fokuslanaraq, fəaliyyət göstərməkdədir.

Əsas səhmdarı olan Yapı Kredi A.Ş.-nin təcrübəsi və Azərbaycandakı davamlı fəaliyyəti ilə Yapı Kredi Bank Azərbaycan olaraq ölkəmizin korporativ, ticarət və pərakəndə bankçılıq bazarında əhəmiyyətli mövqeyə sahib olmağı bacarmışıq.

Fəaliyyətə başladığımız gündən, Yapı Kredi Bank Azərbaycan pərakəndə və korporativ müştərilərə geniş çeşiddə xidmətlər təklif edən etibarlı maliyyə institutu kimi öz nüfuzunu möhkəmlətmişdir. İnnovasiyalara və texnoloji tərəqqiyə sadiqliyimiz bizə müasir müştərinin gözləntilərini səmərəli şəkildə qarşılamağa və maliyyə xidmətləri bazarında dinamik inkişaf etməyə imkan verdi. Buna nümunə olaraq, İnternet bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ, təhlükəsiz istifadəsini və 24/7 fəaliyyət göstərən Çağrı Mərkəzini göstərmək olar.

Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, həmişə sosial məsələlərə həssas yanaşmasını davam etdirir. Son illərdə bank, öz sosial fəaliyyəti çərçivəsində özünüməşğulluq layihəsinə dəstək verərək, həssas əhali qruplarına, aztəminatlı ailələrə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğalından azad edilməsində iştirak etmiş qazi və şəhid ailələrinə  bütün lazımi avadanlıqlarla təchiz ederək kiçik bizneslərini qurmağa imkan yaratmışdır.

Azərbaycanda ISO 14001:2015 sertifikatına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görməkdədir. Bu, bankın əsas məqsədləri arasında yer alır və ətraf mühitə olan təsirini minimum səviyyəyə endirmək üçün ciddi addımlar atılmasını nəzərə alır. Həmçinin, bankımız dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact)  Sazişinə də qoşulub.

Yapı Kredi Bank Azərbaycan olaraq, 24 yaşımız münasibəti ilə müştərilərimizə, tərəfdaşlarımıza və əməkdaşlarımıza göstərdikləri davamlı dəstəyə, fədakarlığa və uğurlu töhfələrinə görə təşəkkür edirik.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər