29 C
Baku
Friday, June 14, 2024

Yapı Kredi Bank Azərbaycanın dəstəyi ilə “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibətilə tədbir keçirilib

®Korporativ sosial məsuliyyət yönümlü tədbirlərin hər zaman təşəbbüskarı və dəstəkçisi olan Yapı Kredi Bank Azərbaycan bu dəfə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən Heydər Əliyev Sarayında qardaş ölkənin “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibətilə keçirilən tədbirə dəstək olmuşdur.

Tədbirdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin musiqili ifaları dinlənilib və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Atatürk Liseyinin şagirdlərinin türk xalqlarının rəqslərindən ibarət kompozisiyası ilə tamaşalar nümayiş etdirilib.

Tədbirin sonunda göstərdiyi dəstəyə görə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Yapı Kredi Bank Azərbaycana  təşəkkürnamə təqdim etmişdir.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər