26 C
Baku
Saturday, July 27, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın səhmdarı güclü haker hücumuna məruz qalıb

İtaliyanın UniCredit bankı təhlükəsizliyinin pozulmasının qurbanı olduğunu etiraf edib. Belə ki, xaker hücumu nəticəsində müştərilərin borc haqqında məlumatları oğurlanıb.

Banker.az xəbər verir ki, xaker hücumu ilk olaraq 2016-cı ilin sentyabr və oktyabr aylarında baş verib və daha sonradan 2017-ci ilin iyun-iyul aylarında təkrar olunub. Xakerlərin məlumat bazasına girişini qrupun biznes partnyoru təmin edib.

Ekspertlərin hesablamalarına görə, İtaliyada təqribən 400 min müştərinin məlumatı oğurlanıb. Ümumilikdə, kibercinayətkarları hesab qeydlərinə və icazəsiz tranzaksiyalara giriş imkanı verən şifrələr maraqlandırırdı.

Bank yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görüb. Həmçinin, UniCredit müvafiq hökumət orqanlarına, həmçinin Milan prokurorluğuna ərizə ilə müraciət edib.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” QSC “UniCredit” və “Yapı Kredi Bankası A.Ş.”-nin törəməsidir.

Son xəbərlər
Digər xəbərlər