15 C
Baku
Tuesday, September 27, 2022

“Yapı Kredi Bank Azərbaycan”ın İdarə Heyəti üzvlərindən biri vəzifəsindən ayrılıb

“Yapı Kredi Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsini tərk edib.

Banker.az xəbər verir ki, vəzifəsini tərk edən Teymuraz Əmirovdur. O, iki il idi ki, İdarə heyətinə üzv seçilmişdi. Hazırda isə o əvvəlki – Hüquq departameninin müdrizi vəzifəsində öz fəaliyyətini davam etdirir.

Bununla da İdarə Heyətinin üzvlərinin sayı (sədrlə bərabər) 3-ə düşüb.

T.Əmirov 1989-1994- cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

2002-2003- cü illərdə “Bakı Nəqliyyat -7” ATSC-də Hüquqşünas vəzifəsində çalışmışdır.

2004-2008-ci illərdə “Cred Agro” QBKT-də Hüquq məsləhətçisi vəzifəsində işləmişdir.

Peşəkar fəaliyyətinə Yapı Kredi Bank Azərbaycan da 2008-2009-cü illərdə Hüquqşünas, 2009-2018-ci illərdə Hüquq departamentinin müdiri və 13 fevral 2018-ci il tarixindən İdarə heyətinin üzvü olaraq davam etdirirdi.

 

Son xəbərlər
Oxşar xəbərlər