“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin 1-ci rübünü 2 milyon 281 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 2 milyon 472 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 16 milyon 134 min manat ikən, bu ilin 3 ayında 18 milyon manat təşkil edib.
Hesabat dövründə bankın cəmi aktivləri 560 milyon manat, o cümlədən kredit portfeli 320 milyon 602 min manat olub.