-3 C
Baku
Sunday, December 15, 2024

“Yapı Kredi Bank Azərbaycan” 1-ci yarımili 1.3 mln. manatdan çox mənfəətlə başa vurub

Yapı Kredi Bank Azərbaycan cari ilin 1-ci yarımilliyini 1 mln. 361.47 min manat xalis mənfəətlə tamamlayıb.

Banker.az bankın 30 iyun 2022-ci il tarixinə olan hesabatına istinadən xəbər verir ki, bu dövrdə bankın faiz gəlirləri 12 mln. 121.41 min manat, faiz xərcləri 937.38 min manat təşkil edib. Beləliklə, 1-ci yarımildə bankın xalis faiz gəliri 11 mln. 184.03 min manat olub.

Hesabata əsasən, bankın qeyri-faiz gəlirləri 8 mln. 381.61 min manat, qeyri-faiz xərcləri isə 15 mln. 078.22 min manat həcmində olub.

Hesabatda qeyd olunur ki, bankın aktivləri ilin əvvəlindən 2.8% azalaraq 383 mln. 762.06 min manata çatıb.

Yapı Kredi Bank Azərbaycanın cəmi öhdəlikləri və kapitalı 383 mln. 762.06 min manatdır ki, bunun 299 mln. 875.66 min manatı öhdəliklər, 83 mln. 886.40 min manatı isə kapitalın həcmidir. Qeyd edək ki, ilin əvvəlindən 30 iyun tarixinədək bankın 4.1% azalıb, kapitalı isə 2.2% artıb.

 

Son xəbərlər
Digər xəbərlər