9 C
Baku
Friday, December 13, 2024

Yapı Kredi Bank Azərbaycan 2-ci Bakı Maliyyə Zirvəsini təşkil edir

Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının bankçılıq və maliyyə sektorunun inkişafına töhvə vermək və iş dünyası ilə akademik dünyanın irəlidə gələn şəxslərini birlikdə toplamaq məqsədilə Azərbaycanda iqtisadi dünyanın önəmli mövzularının və dünya trendlərinin müzakirə ediləcəyi Bakı Maliyyə Zirvəsini təşkil edir.

Maliyyə sektorunun inkişafı və qlobal iqtisadi trendlər mövzusuna yönələn və Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq nəticəsində təşkil edilən Maliyyə Zirvəsi bu il 4 Noyabr 2014-cü ildə Hilton Bakı Otelində həyata keçiriləcək.

Əsas spikerlərdən dünyaca məşhur Peter Fisk və Yapı Kredi Türkiyə baş İqtisadçısı Cevdet Akçayın olacağı zirvədə gələcəyin iş dünyası, dünya və bölgədəki iqtisadi gözləntilər və Azərbaycan iqtisadiyyatının inkişafında maliyyə dünyasının rolu müzakirə ediləcəkdir. Zirvə Azərbaycanın öndə gələn iş adamlarının qatılacağı və Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədrinin/Baş Direktorun birinci müavini, Əməliyyatlar üzrə Baş direktor (COO) Osman Günaydının hazırlayacağı panel ilə sonlanacaqdır.

Sayca ikinci olan və Azərbaycan iqtisadiyyatının davamlı böyüməsində maliyyə dünyasının rolu mövzusunun müzakirə ediləcəyi tədbirə ölkəmizin aparıcı maliyyə qurumlarının, bankarın, sığorta şirkətlərinin nümayəndələri dəvətlidir.

Son xəbərlər
Digər xəbərlər