17 C
Baku
Saturday, May 4, 2024

“Yapı Kredi Bank Azərbaycan” 2021-ci il üzrə audit hesabatını açıqladı

“Yapı Kredi Bank Azərbaycan” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB

2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 417 milyon 826 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 13% artımdır. Bunun 149 milyon 579 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 19% böyüyüb.

BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB

2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli (müştərilərin vəsaitləri) 15% artaraq 286 milyon 424 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 326 milyon 297 min manat təşkil edib.

KAPİTALI ARTIB

Bankın ötən il cəmi kapitalı 91 milyon 529 min manat olub. 2020-ci ildə bu göstərici 94 milyon 677 min manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər