®Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsi nəzərdə tutulmuşdur.
Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına əsasən ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə qatılmağa davam edir. Bu dəfə Yapı Kredi Bankın əməkdaşları martın 15-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə kampaniyasına qoşularaq ağacların əkilməsində iştirak ediblər.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.