-3 C
Baku
Sunday, December 15, 2024

“Yapı Kredi Bank Azərbaycan” biznes kreditlərini böyütdü

“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin ilk rübündə kredit portfelini 9.2% böyüdüb.

Banker.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Türkiyə kapitallı bankın kredit portfeli ilin əvvəlində 174.91mln. manat olduğu halda, birinci rübün sonuna 190.95mln. manata yüksəlib.

Bankın kredit portfelindəki yüksəlişə səbəb isə real sektorda və ipoteka üzrə kreditləşməni yüksəltməsidir. Məsələn, ilin əvvəlində bankın müştərilərinə verdiyi biznes kreditləri portfeli 117.25mln. manatdan 133.32mln. manata yüksəlib. İpoteka kreditləri 17.51mln. manatdan 18.99mln. manata qalxıb.

İstehlak kreditlərinin həcmi isə 40.15mln. manatdan 38.64mln. manata düşüb.

Əlindəki pul vəsaitlərinin həcmi rüb ərzində 77.22mln. manat azalmaqla 127.7mln. manata enib. Bu azalmanın müsbət tərəfi var. Çünki bank aktivlərindən səmərəli istifadəni gücləndirir.

Kommersiya bankı ticarət və investisiya qiymətli kağızların alışını yüksəldib. Bu bazarda aktiv iştirakını göstərən statistik rəqəm 13.3mln. manatdan 32.5mln. manata yüksəlib.

“Yapı Kredi Bank Azərbaycan”nın depozit portfelinin həcmi 285.15 mln. manatdan 236.01mln. manata qədər azalma yaşayıb. Əsas azalma qaynağı şirkətlərdən cəlb edilmiş depozitlərin 22% azalaraq 168.76mln. manata düşməsidir.

BANK MƏNFƏƏTDƏDİR

İlin ilk rübündə bankın xalis mənfəəti 400 min manat təşkil edir. Bununla da bölüşdürülməmiş mənfəəti 24.61mln manata qədər artmışdır.4353

Son xəbərlər
Digər xəbərlər