16 C
Baku
Wednesday, October 30, 2024

“Yapı Kredi Bank Azərbaycan” ilin I yarısını 29 mln. manatlıq gəlirlə başa vurub

Türkiyənin ən böyük banklarından biri “Yapı ve Kredi”nin əsas səhmdarı olduğu “Yapı Kredi Bank Azərbaycan” QSC 2016-cı ilin I yarısının nəticələrini elan edib.

 
Bankdan APA-ya verilən məlumata görə, “Yapı Kredi Bank Azərbaycan”ın ümumi gəlirləri 12% artaraq 28,9 mln. manata çatıb. Bankın qeyri faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 69% artaraq 11,7 mln. manat olub. Nəticədə, 2016-cı ilin iyun ayının sonunda bankın xalis əməliyyat mənfəəti 7,7 mln. manata çatıb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 85%-lik artım deməkdir.
Son xəbərlər
Digər xəbərlər