6 C
Baku
Sunday, December 15, 2024

“Yapı Kredi Bank Azərbaycan” mənfəət edib, gəlirləri artıb

“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ilin 2-ci rübünü 1 milyon 361 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-iyun aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 20 milyon 503 min manat, xərcləri 16 milyon 15 min manat təşkil edib. 2021-ci ilin eyni aylarında isə bankın gəlirləri 18 milyon 350 min manat, xərcləri isə 14 milyon 744 min manat olub.

KREDİT PORTFELİ BÖYÜYÜB

Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 383 milyon 762 min manat olub. Bunun 220 milyon 904 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 26.3% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 4% azalaraq 299 milyon 876 min manata, o cümlədən depozit portfeli 270 milyon 550 min manat, balans kapitalı isə 83 milyon 886 min manat olub.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99.8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

yp1 y2

Son xəbərlər
Digər xəbərlər