“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ili 9 milyon 975 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bankın mənfəəti 12 milyon 375 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
2025-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 81 milyon 705 min manat (14.4% çox), cəmi xərcləri isə 60 milyon 265 min manat təşkil edib. Keçən il isə bankın gəlirləri 72 milyon 70 min manat, xərcləri 52 milyon 295 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 792 milyon 728 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 8.5% çoxdur.
Bankın cəmi öhdəlikləri 669 milyon 155 min manat, cəmi kapitalı 123 milyon 573 min manat olub. Bankın kredit portfeli illik müqayisədə 47% artaraq 467 milyon 258 min manat təşkil edib.







