“Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci ili 1 milyon 153 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 45 milyon 127 min manat (illik müqayisədə 23% çox), xərcləri 34 milyon 952 min manat təşkil edib. 2021-ci ildə isə bankın gəlirləri 36 milyon 625 min manat, xərcləri isə 30 milyon 676 min manat olub.
KREDİT PORTFELİ BÖYÜYÜB
2021-ci ilin sonuna “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 481 milyon 928 min manat olub ki, bu da illik müqayisədə 22% artımdır. Bunun 236 milyon 945 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35.5% böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 27% artaraq 397 milyon 853 min manata, o cümlədən depozit portfeli 28% artaraq 363 milyon 857 min manat, kapitalı isə 2.5% artaraq 84 milyon 75 min manat olub.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.4 milyon manatdır. Bankın səhmlərinin 99.8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0.01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0.01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.