5 C
Baku
Friday, January 16, 2026

“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin dördüncü rübünü  10 milyon manat mənfəətlə başa vurdu

Yapı Kredi Bank Azərbaycan QSC 2025-ci ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb və fəaliyyətini korporativ idarəetmə prinsipləri, şəffaflıq və maliyyə dayanıqlığı əsasında davam etdirir. Bank, güclü kapital bazası və güclü likvidlik göstəriciləri, risklərin ehtiyatlı idarə olunması prinsipləriylə yanaşı, strateji inkişaf prioritetləri çərçivəsində rəqəmsal bankçılıq həllərinin genişləndirilməsinə və əməliyyat proseslərinin təkmilləşdirilməsinə xüsusi önəm verir. Ötən rübü uğurla bitirən bankın 2025-ci ilin dördüncü rübünün sonuna xalis mənfəəti 10 milyon manat təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 14% artaraq 53 milyon manat, qeyri-faiz gəlirləri 12% artaraq 28.7 milyon manat təşkil edib. Ümumilikdə, bankın xalis faiz gəliri 39.5 milyon manat olmuşdur.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 47% artaraq 467 milyon manat təşkil etmişdir ki, bu da bank tarixində ən yüksək göstəricidir. Biznes kreditləri portfeli 64% artaraq 309 milyon manat, istehlak kreditləri portfeli 19% artaraq 97 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 29% artaraq 62 milyon manat təşkil edib.

Bankın depozit portfeli 528 milyon manat, o cümlədən hüquqi şəxslərin depozitləri 431 milyon manat, fiziki şəxslərin depozitləri 96 milyon manat təşkil etmişdir.

2025-cü ilin 4-cü rübünün yekunlarına dair göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 14.4%, məcmu kapitalının adekvatlıq əmsalı isə 17.1% olmuşdur.

Bankın tutulmalardan sonra məcmu kapitalı 109 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.

 

Son xəbərlər
Digər xəbərlər