Türkiyə bankının Azərbaycandakı törəməsi “Yapı Kredi Bank Azərbaycan” ASC 2024-cü ilin ilk üç rübü ərzində 8.3 milyon manat xalis mənfəət əldə edib. Halbuki, 2023-cü ilin eyni dövründəki 10.09 milyon manatla müqayisədə 17.7% azalma deməkdir.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Bununla belə, bank gəlirlərində mühüm irəliləyişə nail ola bilib. Hesabat dövründə bankın faiz gəlirləri 32.07 milyon manat olub, bu isə 2023-cü ilin eyni dövründəki 27.30 milyon manatla müqayisədə 17.4% artım deməkdir. Faiz gəlirlərinin əsas hissəsi müştərilərə verilmiş kreditlərdən əldə edilib – bu göstərici 2024-cü ildə 21.95 milyon manat təşkil edib, 2023-cü ildə isə 20.41 milyon manat idi. Bu, illik 7.5% artımdır.
Bankın digər əsas gəlir mənbələrindən biri ticarət və investisiya qiymətli kağızlarından gələn faiz gəlirləridir. 2024-cü ildə bu göstərici 4.23 milyon manat olub, ötən ilin müvafiq dövründə isə bu rəqəm 3.73 milyon manat təşkil etmişdi, yəni bu mənbədən gəlirlərdə 13.3% artım müşahidə olunub.
Faiz xərcləri illik 7.2% artıb. 2024-cü ilin doqquz ayında faiz xərcləri 27.42 milyon manat olub, 2023-cü ildə isə bu məbləğ 25.59 milyon manat idi. Bu isə faiz xərclərinin 7.2% artımını göstərir. Xüsusilə depozitlər üzrə faiz xərcləri 4.65 milyon manat olub, 2023-cü ildə isə 1.71 milyon manat idi.
Bankın qeyri-faiz gəlirləri də artıb, alınan haqq və komissiya gəlirləri 18.93 milyon manat təşkil edib, bu isə 2023-cü ildəki 16.31 milyon manatla müqayisədə 16.1% artım deməkdir.
Beləliklə, bank 2024-cü ilin ilk üç rübündə 12.67 milyon manat əməliyyat mənfəəti əldə edə bilib. Keçən il isə bankın əməliyyat mənfəəti cəmi 14.37 milyon manat idi. Əməliyyat mənfəətinin düşməsinə əsas təsir qeyri-faiz xərclərinin artmasından gəlir.
Ötən üç rübdəki xalis mənfəətdən sonra bankın balans kapitalındakı bölüşdürülməmiş mənfəətin həcmi 45.49 milyon manata yüksəlib.