20 C
Baku
Tuesday, October 14, 2025

“Yapı Kredi Bank Azərbaycan”dan 3 rübdə 7.7 milyon manat xalis mənfəət

“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin yanvar-sentyabr aylarını 7 milyon 712 min manat mənfəətlə başa vurub. 2024-cü ilin 9 ayında bankın mənfəəti 8 milyon 303 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Bu ilin yanvar-sentyabr aylarında “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 58 milyon 340 min manat (14.4% çox), cəmi xərcləri isə 43 milyon 870 min manat təşkil edib. 2024-cü ilin 3-cü rübündə bankın gəlirləri 50 milyon 993 min manat, xərcləri 38 milyon 330 min manat olub.

KREDİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 657 milyon 96 min manat, cəmi öhdəlikləri 439 milyon 7 min manat, cəmi kapitalı 121 milyon manat olub. Bankın kredit portfeli 9 ayda 37% artaraq 434 milyon 127 min manat təşkil edib.

İstehlak kreditləri 81 milyon 885 min manatdan 96 milyon 576 min manata, biznes kreditləri 187 milyon 760 min manatdan 277 milyon 611 min manata, daşınmaz əmlak kreditləri 47 milyon 943 min manatdan 59 milyon 940 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər