Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq xidmətindən istifadə edən fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir.
Beləliklə 11 Avqust-11 Sentyabr tarixləri arasında İnternet Bankçılıq xidməti ilə istər hesabından, istərsə də kredit kartından faktura ödənişi edən fərdi müştərilər, cəmi faktura ödənişin 25 %-i qədər bal qazanmaq imkanı əldə edəcəklər. Faktura ödənişinə kommunal,mobil, kabel TV, statsionar telefon, internet ödənişləri daxildir. Kampaniyada sadəcə uğurlu ödənişlər nəzərə alınacaq.
Bu kampaniya ilə istənilən zaman və dünyanın istənilən nöqtəsindən faktura ödənişlərinizi rahat şəkildə etməklə əlavə ballar qazanmaq fürsəti əldə edəcəksiz. Qazanılan ballar kampaniya bitdikdən sonra 5 iş günü ərzində Worldcardınıza, Worldcardınız olmadıqda isə Pulkartınıza yüklənəcəkdir.
İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən eyni gün ərzində verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura ödənişi etməlidir.
Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından,http://www.facebook.com/yapiKrediAZ və http://www.facebook.com/YapiKrediWorldAZ səhifələrindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.