20 C
Baku
Tuesday, October 1, 2024

“Yapi Kredi Bank Azərbaycan”ın istiqrazlarının yerləşdirilməsi başladı

“Yapi Kredi Bank Azərbaycan” QSC -nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının 20 iyun 2014-cü il tarixindən etibarən “Bakı Fond Birjası” QSC-də yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, emissiyanın həcmi 15 000 000 AZN təşkil edəcək. Hər birinin nominal dəyəri 100 AZN olan 150 000 ədəd istiqraz buraxılacaq.
İstiqrazların tədavül müddəti İlk istiqrazın yerləşdiyi tarixdən etibarən 2 təqvim ili, İstiqraz üzrə faiz dərəcəsi 9%, Faiz ödəniş dövrünün müddəti buraxılışdan ilk istiqrazın yerləşdiyi tarixdən etibarən 6 təqvim ayından bir müəyyən olunub.

Emissiyanın anderrayteri “Yapı Kredi İnvest” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər