“Yapı Kredi Bank Azərbaycan”ın ilk yarımillikdə gəlirləri 18 milyon 350 min manat, xərcləri 14 milyon 744 min manat, xüsusi ehtiyatlara ayırmaları 3 milyon 372 min manat təşkil edib.
Bu il iyulun 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 328 milyon 391 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6% azdır. Bunun 163 milyon 646 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 10% böyüyüb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 8% azalaraq 246 milyon 184 min manata düşüb, kapitalı isə 0.3% artaraq 82 milyon 207 min manata çatıb.
Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.