“Yapı Kredi Bank Azərbaycan”ın təklif etdiyi “Standart qazanc əmanəti”ndə dollarda saxlanılan əmanət üzrə faiz dərəcələri artırılıb.
Banker.az xəbər verir ki, 12 ay müddətinə olan dollar əmanətində müddətin sonunda ödəniş 0.35%-dən 1%-ə yüksəldilib.
Qeyd edək ki, Yapı Kredi Bankda dollar əmanətinin maksimal müddəti 36 aydır. Əmanət yerləşdirmək üçün tələb olunan minimal məbləğ $1000 təşkil edir.