“Yapı Kredi Bank Azərbaycan”ın təklif etdiyi “Dövrü qazanc əmanəti”ndə dollarda saxlanılan əmanət üzrə faiz dərəcələri artırılıb.
Banker.az bu barədə bankın rəsmi səhifəsinə istinadən xəbər verir.
Belə ki, 12 ay müddətinə olan dollarda yerləşdirilən əmanətdə müddətin sonunda ödəniş 0.70%-dən 1.25%-ə yüksəldilib.
Qeyd edək ki, Yapı Kredi Bankda dollar əmanətinin maksimal müddəti 36 aydır. Əmanət yerləşdirmək üçün tələb olunan minimal məbləğ $1000 təşkil edir.