29 C
Baku
Tuesday, June 28, 2022

Yapı Kredi Bank zərər içində

Banker.azın Yapı Kredi Banka istinadən verdiyi məlumata əsasən, bank 2016-cı ili 10 mln. manat zərərlə başa vurub. Bank ötən il yalnız 1-ci rübü mənfəətlə işləmişdir , qalan 3 rüb ardıcıl zərərlə yekunlaşdırmışdır.

1111

Bankın bu qədər geriləməsinin səbəbi təbii ki problemli kreditlərin həcminin artmasıdır.  Məlumat üçün bildirək ki, Yapi Kredi Bankın problemli kreditlərinin həcmi 50 mln. manatı keçib , kredit portfelinin həcmi isə 212 mln . manata yaxındır. Göründüyü kimi, kredit portfelinin təxminən 25% problemdədir. Halbuki, ölkə üzrə orta rəqəm təxminən 15% yaxındır (Mərkəzi Bankın məlumatına əsasən).

Qeyd olunan dövr ərzində bankın kapitalı 8 mln. manat azalaraq 50 mln. manata düşmüşdür. Buna baxmayaraq , bank öhdəlikləri artırmaq hesabına aktivləri artırmışdır. Hazırda bankın aktivlərinin ümumi həcmi 443 mln. manata bərabərdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər