11 C
Baku
Tuesday, November 26, 2024

Yapı Kredi Bankda depozitdən gəlir, indi daha çox gəlir

Əmanət yerləşdirərkən iki əsas məqamı nəzərdə saxlamaq lazımdır. Bunlardan birisi, yerləşdirilən əmanətdən yüksək gəlir əldə etmək, digəri isə əmanətin qazancı ilə birlikdə sığortalı olmasıdır. Hər iki şərtə cavab verən Yapı Kredi Bank Azərbaycan müştərilərinə yeni möhtəşəm xəbəri açıqlamaqdan məmnunluq hissi duyur.

Belə ki, Hər zaman müştərilərini düşünən Yapı Kredi Bank Azərbaycan yeni depozit faizlərini təqdim edir. Yapı Kredi Bank Azərbaycan fiziki və hüquqi müştərilərinə, etibarlı və güvənli olduğunu bir daha təsdiq edir. Əmanət yerləşdirərək gəlir əldə etməyin sərfəli yollarını göstərir. Yapı Kredi Bank Azərbaycan manat əmanətləri üzrə illik faiz dərəcəsini  12%-ə kimi qaldırmışdır. Artıq müştərilər əmanət hesabı açmaqla manat əmanətlərini , 12 ay müddətinə, illik 12% ilə, Yapı Kredi Bank Azərbaycanda əmanət yerləşdirə bilərlər.

Nəzərinizə çatdırmaq istərdik ki, Yapı Kredi Bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzvüdür. İllik 12% və 30.000 AZN-ə kimi olan bütün əmanətlər adı çəkilən fond tərəfindən sığortalanmışdır.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az  və

https://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər