23 C
Baku
Friday, April 19, 2024

Yapi Kredi Bankın depozit portfeli 12 mln. manat azalıb

Banker.azınverdiyi məlumata görə, YapıKredi Bank 2017-ci ilin 1-ci rübünün sonuna dair hesabatlarını açıqlayıb.

Yapı Kredi Bankın depozit portfeli qeyd olunan dövrə 12 mln. manat azalaraq 295 mln. manata düşmüşdür. Məlumat üçün bildirək ki, ötən rüb bu göstərici 312 mln. manat idi.

Bankın aktivləri bir rüb ərzində azalaraq 441 mln. manata düşüb. Azalma daha çox öhdəliklərin azalması hesabına olub. Qeyd edək ki,bankın öhdəlikləri 1rüb ərzində 392 mln. manatdan 388 mln. manata düşüb.

Məlum olduğu kimi, YapıKredi Bank ötən ili 10 mln. manat zərərlə başa vurmuşdur. Qeyd olunan zərər bankın kapitalında bölüşdürülməmiş mənfəəti azaldaraq 4 mln. manata salmışdır.

YapıKredi Bankın hazırda vaxtı keçmiş kreditlərinin həcmi 49 mln. manat təşkil edirki, buda ümumi portfelə nisbətdə 26% bərabərdir. Kredit portfelinin ümumi həcmi 190 mln. manat ətrafındadır.

 

Son xəbərlər
Digər xəbərlər