12 C
Baku
Thursday, March 28, 2024

“YapıKredi Azərbaycan” əmanətlərin faizlərini endirib

“YapıKredi Azərbaycan” QSC “Yığım”, “Standart qazanc” və “Dövri qazanc” əmanət məhsullarının illik faiz dərəcələrini dəyişib.

Banker.az-ın xəbərinə görə, Bank hər bir əmanət məhsulunun faiz dərəcəsini azaltmalı olub.

“Yığım” əmanətinin manatda illik faiz dərəcəsi 6%-dən 5,5%-ə, avroda 0,25%-dən 0,10%-ə qədər azaldılıb.

“Dövri qazanc”  və “Standart qazanc” əmanətinin isə manatda illik faiz dərəcəsi 5,5%-dən 5,25%-ə və avroda isə 0,25%-dən 0-a endirilib.

Hər üç depozitin maksimum qoyuluşu 10 mln. manatdan(eləcə də xarici valyuta) 100 mln. manata qədər artırılıb.

 

Son xəbərlər
Digər xəbərlər