-1 C
Baku
Sunday, December 15, 2024

Yapon Bankının bazara müdaxiləsi yeni bahalaşdırıb

Yapon Bankı (Yaponiya Mərkəzi Bankı) 1998-ci ildən bəri ilk dəfə valyuta bazarına dəstək vermək üçün intervensiya etdiyi üçün yen bahalaşıb.

Banker.az xəbər verir ki, Yapon Bankı ötən gün bir daha monetar siyasətində ultra-yumşaq pul siyasətində hər hansısa düzəliş etməyəciyinə işarə etdi.

Yapon valyutası 24 ilin minimumu olan 145.90-dan dollara kəskin yüksələrək 140.73-ə qədər yüksəldi.

Hazırda USD/JPY cütlüyünün kursu 142.12 səviyyəsindədir.

İntervensiya indiki durumda çox vacibdir. Çünki inkişaf etmiş iqtisadiyyat mərkəzi bankları son üç onillikdə valyuta bazarına müdaxilədən böyük ölçüdə imtina edib, öz valyutalarının bazar əsaslarına uyğun olaraq sərbəst üzməsinə imkan verib. Yaponiya Bankı dollar, sterlinq və hətta avro kimi digər valyutaların istifadə etdiyi siyasətdən fərqli olaraq, heç bir faiz artımına getmədi. Nəticədə də artıq yeni son 24 ilin minimumuna düşüb. Əsas iqtisadiyyatların valyutasına baxsaq ən çox ucuzlaşan yendir.

Artıq hökumət yenin məzənnəsi üçün bir qırmızı xətt görürlər. İnvestorlar düşünür ki, Yapon Bankı bununla artıq bazara siqnal vermiş oldu ki, USD/JPY üçün 150 səviyyəsi ən üstdür.

Qeyd edək ki, əsas iqtisadiyyatlardan hər biri faiz artımına gedib. Baxmayaraq ki, iqtisadiyyatın stimullaşması üçün neqativ faiz monetar siyasəti yaxşı vasitə idi – İcveçrə Milli Bankı da bundan imtina etdi. İndi “neqativdə” qalan yalnız Yaponiya Bankıdır.

İndi ən sürətli faiz artıran ABŞ FED-idir. O, növbəti ildə də faizlərin artımına gedəcəyin bildirir və yalnız 2024-dən yumşalmaya baxa bilər. Belə olan halda analitiklər Yapon Bankının intenvensiyaların yenanın məzənnəsinə uzunmüddətli təsirinə inanmırlar.


İntervensiya- bir subyektin digərinin iş və fəaliyyətinə bu fəaliyyət sahəsinə daxil olmaq və ya buraya şəxsi maliyyə vəsaitləri qoymaqla iqtisadi təsir göstərməsidir.

Adətən intervensiya əməliyyatları ölkənin Mərkəzi Bankı, xəzinədarlığı tərəfindən maliyyə sisteminin vəziyyətinin sabitləşdirilməsi məqsədilə valyutanın, qiymətli kağızların böyük həcmdə alqı-satqısı və ya kreditlərin verilməsilə həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər