16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Yapon bankının hesablarından 60 milyon yendən çox pul oğurlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Yaponiyanın “Japan Post Bank” bankının hesablarından mobil tətbiq vasitəsi ilə 60 milyon yendən çox (təxminən 570 min dollar) pul oğurlanıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu, son üç il ərzində mobil tətbiq vasitəsi ilə həyata keçirilən fırıldaqçı əməliyyatların ümumi dəyəridir. Bankın qeyd etdiyi kimi, fırıldaqçılar bu məqsədlə ən çox “docomo-hesab” və “docomo-ödəniş” tətbiqlərindən istifadə edirlər.

Yapon banklarından “docomo-hesab” və “docomo-ödəniş” tətbiqlərindən istifadə edərək pulların çıxarılması ilə bağlı qalmaqal təxminən bir həftə əvvəl alovlanıb. İstifadəçi istədiyi məbləği bank hesabından “docomo” hesabına köçürə və telefon vasitəsi ilə alış-veriş edə bilər. “Docomo-hesab”nı açmaq üçün yalnız elektron poçt ünvanı tələb olunur. Görünür, fırıldaqçılar da məhz bu boşluqdan istifadə ediblər. Onlar vəsaitləri əmanətçilərin hesablarından saxta “docomo-hesab”lara köçürməyə başlayıblar.

Qeyd edək ki, elektron hesaba ayda 300 min yenə qədər (2,8 min dollar) köçürmək mümkün olsa da, bəzi hallarda əmanətçilərdən iki dəfə böyük məbləğ silinib. Bir həftə əvvəl 11 bankın əmanətçilərinin zərər gördüyü və itirdiyi məbləğin 27 milyon yen (257 min dollar) olduğu açıqlanmışdı.

NTT Docomo şirkəti öz üzərinə zərər çəkmiş bank əmanətçilərinə dəymiş ziyanı ödəməyi öhdəsinə götürüb. Hal-hazırda “docomo-hesab”a qoşulmuş 35 bank onunla əlaqəsini kəsib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər