15 C
Baku
Friday, March 29, 2024

Yapon birjası təqribən 400 milyon dollar itirib

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın ən böyük kriptovalyuta birjalarından biri olan Coincheck NEM kriptovalyutasında 500 milyon vahid (təqribən 400 milyon dollar) itirib.

Şirkətdən verilən məlumata görə, məbləğ pulqabıdan naməlum yolla çıxarılıb. Coincheck daha əvvəl vəsaitlərin çıxarılmasını, həmçinin bitcoin istisna olmaqla bütün kriptovalyutaların satışını dayandırdığını elan etmişdi.

Birja nümayəndəsinin sözlərinə görə, bu məbləğin hansı yolla çıxarıldığı hələ ki, naməlum qalsa da, Coincheck öz müştərilərinin aktivlərinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir.

Qeyd edək ki, NEM 2015-ci ildə yaradılmışdı və onuncu nəhəng kriptovalyutadır.

Son xəbərlər
Digər xəbərlər