9 C
Baku
Friday, December 13, 2024

Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bildiyiniz kimi idarəetmə mədəniyyətində iki əsas anlayış – Şərq və Qərb idarəetmə mədəniyyəti mövcuddur. Şirkətlərin korporativ idarəetmə sistemləri ümumi idarəetmə mədəniyyətindən təsirlənməkdədir.

Korporativ idarəetmədə daha çox iki qərb sistemindən, ingilis-amerikan və alman sistemindən bəhs edilir ki, burda da ən çox idarəetmə formalarındakı fərqliliklər ön plana çıxarılır. Bunun da səbəbi əslində bu iki qərb sisteminin idarəetmə mədəniyyəti baxımından bənzər xüsusiyyətlərə malik olmasıdır. Bu xüsusiyyətlər isə ümumi olaraq, fərdilik (qərar alma və məsuliyyət baxımından), iş bölümü və ixtisaslaşma, buna dayanan karyera inkişafıdır.

İdarəetmə mədəniyyətlərindəki fərqliliklərdən söz gedəndə isə ilk növbədə Amerikan (Qərb) idarəetmə sistemi və Yapon (Şərq) idarəetmə sistemi xatırlanır.

Burada bir haşiyəyə çıxaraq Yapon idarəetmə mədəniyyətinin bütün Şərqi təmsil edib etməməsini sorğulamaq mümkündür. Bunu həm digər Şərq ölkələrinin bu idarəetmə mədəniyyətini mənimsəmək baxımından, həm də Yaponiyanın bütün Şərqi təmsil etmə düşüncəsinin düzgün olub-olmaması baxımından sorğulamaq mümkündür…

Yapon idarəetmə sistemindən bəhs etmədən bu ölkə və ya sistemin qazandırdığı idarəetmə uğurlarının nələr olduğunu sadalamaq istərdim. Bu sadaladıqlarım bütün dünyaya mal olmuş və bütün dünyada istifadə edilən düşüncə və sistemlərdir.

1. TQM-Toplam Keyfiyyət idarəetməsi (bunun altında Deming döngüsü)
2. JIT- Just in time- Tam zamanında istehsal (dilimizdə adlandırılması başqa ola bilər)
3. Toyotizm-Toyotanın Fordizmə və Taylorizmə əks istehsal sistemi (Lean production system ya da small party)
4. Sıfır xəta prinsipi (İstehsalda və keyfiyyətdə davamlı mükəmməlləşdirməylə xətaların minimuma endirilməsi)
5. Kaizen (davamlı inkişaf düşüncəsi)

Dünyaya qazandırılan yuxarıda sadaladıqlarımdan başqa digər idarəetmə mədəniyyət prinsipləri isə hələ sadəcə bu ölkədə qalmaqdadır. Bunlar yaponların sosial-mədəni özəlliklərdən ortaya çıxan, şirkətlərin idarəetmə fəlsəfələrində və əsasən də əmək faktoru (insan resursları) üzərində cəmləşən prinsiplərdir.

Bunlar əsas olaraq aşağıdakılardır:

1. Uzunmüddətli məşğuliyyət (İşlə təmin edilmə müddətinin uzun olması)
2. Kollektiv qərar alma (“Teamwork”-ə verilən önəm).
3. Kollektiv məsuliyyət
4. İxtisaslaşmaya dayanmayan karyera
5. İnsanların bir bütün olaraq (iş, ailə və s.) dəyərləndirilməsi
6. Performans dəyərləndirmə və karyera yüksəltmənin çox seyrək aparılması

Qeyd: Bu yazını yazmaqda yapon cəmiyyətinin (dövlət və şirkət və xalqın birlikdə) tez bir zamanda qasırğanın vurduğu ziyanı aradan qaldırmaqda milli-mədəni xüsusiyyətlərinin və həmrəyliklərinin əsas təsiredici faktor olduğu qənaətində olmağımdır.  

Son xəbərlər
Digər xəbərlər